Gəncədə 27 yaşlı şəxs hündürlükdən yıxılaraq ölüb.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində tikilməkdə olan restoranlardan birində qeydə alınıb.
Orada çalışan 27 yaşlı İlqar Hüseynov tikilidən yıxılaraq ölüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb, hadisənin təfərrüatları dəqiqləşdirilir.