Çempionlar Liqasının yarımfinalının cavab oyunu çərçivəsində “Barselona”nın futbolçusu İniqo Martinezlə “İnter”in futbolçusu Françesko Açerbi arasında münaqişə yaranıb.
Sportinfo.az xəbər verir ki, İtaliya klubu 2:0 hesabı ilə öndə olarkən Açerbi rəqib oyunçu İniqoya qışqırıb.
Kataloniyalıları üzvü isə cavabında təcrüəli müdafiəçiyə tüpürüb.
Oyundan sonra İniqo Martinez rəqibinin kürəyinə tüpürdüyünü təsdiqləyib:
“O, hesab 2:0 olanda bayram edirdi, düz qulağıma qışqırdı. Bu mənim üçün lazımsız reaksiya idi.
Tüpürdüm, amma tüpürcək onun bir metrliyindən keçdi. Əgər belə olmasaydı, hakim məni meydandan qovardı”.
"İnter” bu görüşdə 4:3 hesablı qələbə qazanaraq finala çıxıb.