AZ

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Nəqliyyat fakültəsinin 424 a1 qrup tələbəsi Tunar Kərimli 30 aprel – 5 may tarixlərində Albaniyanın Dürres şəhərində keçirilən Uşu-sanda üzrə Avropa çempionatında uğurla çıxış edib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki,75 kq çəki dərəcəsində mübarizə aparan tələbəmiz ilk döyüşündə yunanıstanlı rəqibinə qalib gələrək yarımfinal mərhələsinə yüksəlib. Yarımfinalda isə erməni rəqibini məğlub edərək finala vəsiqə qazanıb.

Gərgin keçən final qarşılaşmasında Tunar Kərimli ikinci yerə layiq görülərək Avropa çempionatının gümüş medalçısı olub.

 

 

 

 

 

Seçilən
0
tehsil.biz

1Mənbələr