AZ

Şərurlu İsfəndiyarın ölkədən çıxışına qadağa qoyulması istənildi

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə xüsusi ittiham qaydasında şikayət verən tərəfin müdafiəçisi Asim Abbasov vəsatətlə çıxış edib.

Vəkil bildirib ki, məhkəməyə məcburi gətirilməsi və gələcəkdə məsuliyyətdən yayınmaq üçün ölkədən çıxma ehtimalını nəzərə alınaraq İsfəndiyar Axundovun ölkədən çıxışına qadağa qoyulsun.

Asim Abbasov İsfəndiyar Axundovun məcburi gətirilməsini onunla əsaslandırıb ki, o, üzrlü səbəb olmadan proseslərdə iştirakdan yayınır.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb. İsfəndiyar Axundov son prosesdə də iştirak etmədiyi məlum olub.

Seçilən
0
6
publika.az

10Mənbələr