AZ

Ruben Amorim: “MY-dən nə gözləyəcəyimi bilmirəm”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Avropa Liqasının yarımfinalında “Atletik”lə cavab oyunudan gözləntisini açıqlayıb.

Arena.az xatırladır ki, ilk oyunda “qırmızı şeytanlar” Bilbao səfərindən 3:0 hesablı üstünlüklə qayıdıblar.

Ruben Amorim matçdan öncəə keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Bəzən oyun zamanı biz bir komanda olaraq təzahür edirik, sonra isə nəsə baş verir, biz də başımızı azacıq itiririk. Aydındır ki, biz sakitləşə bilmirik. Əgər siz bizim komandamıza nəzər yetirsəniz, onda biz bu gün nə baş verəcəyini deyə bilmərik. Bəzi komandalarla oyunda siz, nəyin necə baş verəcəyini əvvəlcədən bilirsiniz. Siz onlardan nə gözləyəcəyinizi bilirsiniz, amma bizimlə, bu, belə deyil.

Mənə elə gəlir ki, bizə qol vurmaq gərəkdir ki, növbəti mərhələyə adlayaq. Bizə, azacıq əlləşib-vuruşmaq gərək olacaq ki, finala müvəffəq ola bilək”, – “The Telegraph” dərgisi portuqal mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, cavab oyunu çərçivəsində “Mançester Yunayted” “Atletik”i bu gün, mayın 8-də “Old Trafford”da qəbul edəcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Əlavə edək ki, hər iki klub cari mövsümün Avropa Liqasını qazanmağa əsas namizədlərdir.

Seçilən
0
arena.az

1Mənbələr