AZ

Türkiyədə sosial media istifadəçilərinin sayı 58,5 milyona çatıb

BAKI, TurkicWorld

Türkiyədə sosial media istifadəçilərinin sayı 58 milyonu keçib.

TurkicWorld xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, Türkiyədə sosial media istifadəçilərinin sayının 58,5 milyona çatdığını bildirib.

Bu rəqəm “We Are Social” və “Meltwater” tərəfindən hazırlanan “Digital 2025 Türkiyə Hesabatı”nda yer alıb.

Nazir Uraloğlu qeyd edib ki, ölkədə internet istifadəçilərinin sayı 77,3 milyondur. Sosial media istifadəçiləri isə son bir ildə 1,7 faiz artaraq 58,5 milyona yüksəlib. İstifadəçilərin 46,6 faizi qadın, 53,4 faizi kişidir.

O bildirib ki, Türkiyədə internet istifadəçiləri gündə orta hesabla 7 saat 13 dəqiqə vaxt keçirirlər. Bu müddətin 2 saat 43 dəqiqəsi sosial media platformalarına sərf olunur. Hər bir istifadəçi ayda orta hesabla 7,6 müxtəlif sosial media platformasından istifadə edir.

Nazir əlavə edib ki, istifadəçilər əsasən dostlarını, ailələrini, tanışlarını və maraqlandıqları məhsulları izləmək üçün sosial mediaya üstünlük verirlər. Eyni zamanda, sosial şəbəkələr xəbərləri oxumaq, ünsiyyət qurmaq və asudə vaxt keçirmək üçün də geniş istifadə olunur.

Statistikaya görə, Türkiyədə ən çox istifadə edilən platforma 58,4 milyon istifadəçi ilə Instagramdır. Onu 57,5 milyon istifadəçi ilə YouTube və 40,2 milyon istifadəçi ilə TikTok izləyir. Facebookun 34,8 milyon, X (keçmiş Twitter) platformasının isə 19,7 milyon istifadəçisi var.

2024-cü illə müqayisədə, Instagram istifadəçi sayı 8,5% artıb, Facebook 8,5% artım göstərib, TikTok 13% böyüyüb, YouTube istifadəçi sayında isə dəyişiklik olmayıb.

İnternet istifadəçiləri ayda ən çox 32 saat 36 dəqiqə vaxt keçirir, bunun 23 saat 31 dəqiqəsi YouTube platformasında sərf olunur.

Seçilən
0
turkic.world

1Mənbələr