AZ

Ali Məhkəmənin sədri Türkiyədə Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransında iştirak edib (FOTO)

Bakı. Trend:

2025-ci ilin 6-7 may tarixlərində Azərbaycan Respublikası AliMəhkəməsinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətiTürk Dövlətləri Ali Məhkəmələrinin Konfransında iştirak etmək üçünTürkiyə Respublikasının Antalya şəhərində səfərdə olub.

Trendxəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində təşkil olunmuş Konfransdaçıxış edən İnam Kərimov qeyd edib ki, Türk Dövlətlərinin AliMəhkəmələrinin vahid platformada növbəti dəfə bir araya gəlməsibirgə dəyərlər və ortaq hüquqi irs əsasında əməkdaşlığıgücləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüsünrəsmi təməlinin 2023-cü ilin 19 oktyabrında Azərbaycanın Şuşaşəhərində imzalanmış Bəyannamə ilə qoyulduğunu xatırladan sədrKonfransın hüquqi əməkdaşlığın başlanğıcı üçün mühüm imkanlaryaratdığını diqqətə çatdırıb.

“Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevintürk dövlətləri ilə əlaqələrə xüsusi önəm verdiyi vurğulanaraq,türk dünyası ölkələrinin birliyinin bundan sonra daha damöhkəmlənəcəyinə əminlik ifadə olunub.

Qeyd edilib ki, müasir dövrdə məhkəmə sistemlərinin qarşısındaduran əsas vəzifələrdən biri ədalət mühakiməsinin şəffaf və çevikhəyata keçirilməsi, bu sahədə səmərəliliyin artırılması,vətəndaşların ədalətə çıxış imkanlarının genişləndirilməsidir.Azərbaycanın məhkəmə-hüquq sistemində son illərdə həyata keçirilənmütərəqqi islahatlar da bu məqsədlərə xidmət edir.

Çıxışda türk dövlətlərinin ali məhkəmələri arasında daha çoxmütərəqqi layihələrin həyata keçirilməsi, gənc hüquqşünasların vəhakimlərin yetişdirilməsi və beynəlxalq təcrübənin tətbiqininvacibliyi vurğulanıb. Təklif edilib ki, Türk Dövlətləri AliMəhkəmələri Konfransının növbəti iclaslarında hüquqşünas vəhakimlərin iştirakı ilə ədalət mühakiməsi qarşısında duran yeniçağırışlar, məhkəmə sahəsində vahid təcrübə yaradan qərarlarınqarşılıqlı öyrənilməsi istiqamətində müzakirələr təşkil edilsin.Eyni zamanda məhkəmə qərarlarının və hüquqi praktikalarınmüqayisəsi və müasir yanaşmaların tətbiqinin faydalı olacağıdiqqətə çatdırılıb.

Konfransda digər çıxışlar da dinlənilib.

Sonda Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsitəsdiq edilib.

Səfər Çərçivəsində İnam Kərimov Türkiyə Ali Məhkəməsinin sədriÖmər Kərkəz və Türkiyə Ali İnzibati Məhkəməsinin sədri Zeki Yiğitləgörüş keçirib. Görüşlərdə iki ölkə arasında məhkəmə-hüquq sahəsindəqarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.

Ali
Ali
Ali
Məqalədə:
Seçilən
0
16
az.trend.az

10Mənbələr