Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Sumqayıt şəhərində möhtəşəm idman yarışı təşkil olunub...
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idman ictimaiyyətinin nümayəndələri və idmançılar iştirak ediblər.
Yarışın açılış mərasimində çıxış edən Zakir Fərəcov Ulu Öndər Heydər Əliyevin idmana daim xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. O bildirib ki, bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “İdmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Sumqayıtda da idman infrastrukturu genişlənir, gənclərin idmana marağı artır,” – deyə icra başçısı qeyd edib.
Poliqon.info