Hindistan hakimiyyəti bölgədə vəziyyəti gərginləşdirməməklə bağlı yönələn çağırışları gözardı edir.
APA xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddin deyib.
O bildirib ki, rəsmi Delhinin yaratdığı təhlükə tək bir ölkəyə deyil, bütövlükdə regiona yönəlib:
“Mən hesab edirəm ki, bölgədə sülhə nail olunması üçün ilk növbədə Hindistan tərəfi Cənubi Asiyada vəziyyəti gərginləşdirməyə yönələn addımlarından əl çəkməlidir. Digər tərəfdən, hesab edirəm ki Azərbaycan kimi Pakistanın tərəfdaşı olan digər ölkələr bu prosesə ciddi təsir göstərməlidir. Beynəlxalq təşkilatlar və xüsusilə Azərbaycan bu məsələdə ciddi töhfə verə bilər. Hazırda Hindistan tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirir. Eyni zamanda, Hindistana dəstək göstərən ölkələr bu addımlardan çəkinməli, rəsmi Dehli isə ölkəmizə qarşı əsassız ittihamları dayandırılmalıdır”.