"Atletik Bilbao"nun vingeri Nikolas Uilyams Almaniya Bundesliqasına keçə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə "Bavariya" maraqlanır.
Mümkün transfer qiymətinin 58 milyon avro olacağı gözlənilir.
Uilyamsın Bilbao klubu ilə 2027-ci ilin iyununa qədər müqaviləsi var.