AZ

Sertifikasiyaya cəlb olunan müəllimlər metodika və pedaqogikadan bu mövzulara hazırlaşmalıdırlar

Bu il sertifikatlaşdırma prosesinə cəlb olunacaq fənn müəllimlərə test mərhələsində Metodika və pedaqogika üzrə 10 sual təqdim olunacaq. Onlardan 1-i "Hüquqi savadlılıq", 5-i "Metodiki səriştəlilik", 4-ü isə "Pedaqoji və psixoloji yanaşmalar" mövzuları üzrə olacaq.

AzEdu.az xəbər verir ki, məzmun sahələri üzrə mövzular aşağıdakılardır:

1. Hüquqi savadlılıq
➢ Təhsil qanunu, 12,13, 17-ci maddələr
➢ Ümumi təhsil haqqında Azərbaycan Respublikasının qanunu, 9, 11, 13, 21, 22, 23, 24, 27, 28-ci maddələr
➢ Fənn kurikulumlarına aid əsas terminlərin təsviri (məzmun xətləri, məzmun standartları, inteqrasiya və s.)
➢ Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları (ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblər, şəxsiyyətyönümlü təhsil, inklüziv təhsil və s.)
➢ “Müəllimlərin etik davranış Qaydaları”

2. Metodiki səriştəlilik
2.1. Təlimdə öyrətmə və öyrənmə prosesinin təşkili
➢ XXI əsr bacarıqları və kompetensiyaları (problem həlletmə, qərarvermə və s.)
➢ Təfəkkürün növləri (məntiqi, tənqidi, yaradıcı, abstrakt, analitik və s. )
➢ Metakoqnitiv bacarıqların formalaşdırılması
➢ Bilik, fəaliyyət və onların növləri haqqında ümumi məlumat. Tapşırıqların hazırlanmasında bilik və fəaliyyət növlərinin tətbiqi
➢ B. Blumun “İdrak taksonomiyası” və təlimdə tətbiqi
➢ Psixomotor və emosional-affektiv taksonomiyalar və təlimdə tətbiqi
➢ İllik və gündəlik planlaşdırma (təlim nəticələri, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi və s.)
➢ Şagirdyönümlü (interaktiv) təlimin təşkili: dərsə cəlbolunma (motivasiya), sual-cavab və müzakirələrin təşkili, əməkdaşlıq, refleksiya və s.)
➢ Müəllimin fasilitasiya bacarığı
➢ Təlimin forma və modelləri (birbaşa, layihə əsaslı (PBL), oyunəsaslı, problem əsaslı, araşdırma, sorğu əsaslı, sinxron və asinxron və s.)
➢ Təlim strategiyaları. Texnika və üsullar. (BİBÖ, Klaster, Anlayışın çıxarılması, Beyin həmləsi, Ziqzaq, 3-2-1, Karusel, Sinektika, Debat, İnsert, Simulyasiya və rollu oyunlar, Frayer modeli, Venn diaqramı, Auksion, Qərarlar ağacı, Qar topası, Sinkveyn, Proqnozlaşdırma, Müzakirə üsulları (Müzakirə xəritəsi, Akvarium, Sokrat dialoqu), Əşyaların qeyri-adi istifadəsi, Cisim və hadisələrə müxtəlif nöqteyinəzərdən baxılması, İnsident üzərində iş, Nə olardı əgər? Mən kiməm?, 4N1KH, Qızıl dairə, Blum kubu, Debat, Sinif küncləri, Düşün-çütləş-bölüş)
➢ Şagirdyönümlü (interaktiv) təlimdə iş formaları
➢ İnklüziv təhsil
➢ Təlimdə diferensial yanaşma
➢ Öyrənmə tərzləri

2.2. Qiymətləndirmə (ölçmə və dəyərləndirmə)
➢ Qiymətləndirmənin növləri (məktəbdaxili, milli, beynəlxalq)
➢ Məktəbdaxili qiymətləndirmənin növləri (diaqnostik, formativ, summativ (kiçik, böyük)
➢ Qiymətləndirmə meyarları
➢ Formativ qiymətləndirmənin təşkili. Rubriklərin növləri. Effektiv əks-əlaqə (konstruktiv, yekunlaşdırıcı və s.)
➢ Beynəlxalq qiymətləndirmə (TİMS, PİRSL, PİSA və s.)

3. Pedaqoji və psixoloji yanaşmalar
3.1. Pedaqoji və psixoloji nəzəriyyələr
➢ H. Qardner “Çoxnövlü zəka” nəzəriyyəsi
➢ J. Piaje “Zehni inkişafın mərhələləri” nəzəriyyəsi
➢ L.Vıqotski “Sosial inkişaf ” nəzəriyyəsi. “Yaxın inkişaf zonası” anlayışı
➢ K. Dvek “Düşüncə tərzi” nəzəriyyəsi
➢ L. Kolberq “Mənəvi inkişaf” nəzəriyyəsi
➢ R. Qanye “Öyrənmənin şərtləri” nəzəriyyəsi
➢ D. Qoulman “Emosional zəka” nəzəriyyəsi
➢ K.Yunq “İntrovert və ekstravert şəxsiyyət”
➢ Şəxsiyyətin formalaşdırılması və inkişafı. Şəxsiyyətin formalaşdırılması və inkişafında məktəbin və müəllimlərin rolu

3.2. Sinifdə sağlam psixo-sosial mühitin yaradılması
➢ Sosial-emosional öyrənmə
➢ Təlim prosesində səmərəli öyrənmə mühitinin qurulmasının tələbləri və üstünlükləri. Təhlükəsiz öyrənmə mühiti
➢ Sinfin idarəedilməsi mexanizmləri və strategiyalar (buzqıranlar)
➢ Sinif otağının öyrətmə və öyrənmə mühitində funksiyası
➢ Effektiv müəllim-şagird, müəllim-valideyn münasibətləri
➢ Şagird davranışının idarəolunması
➢ Qısnama (bullinq)

Seçilən
0
azedu.az

1Mənbələr