BAKI, 8 may. TELEQRAF
Azərbaycanın Pakistana sarsılmaz dəstəyini yüksək qiymətləndiririk.
Teleqraf xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin mayın 8-də keçirdiyi mətbuat konfransında deyib.
Bu dəstək təkcə siyasi müstəvidə deyil, həm də mənəvi və diplomatik baxımdan bizim üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın beynəlxalq platformalarda nümayiş etdirdiyi prinsipial mövqe və dostluğa əsaslanan münasibəti, tərəfdaşlıq əlaqələrimizin möhkəmlənməsinə və regional sabitliyin qorunmasına mühüm töhfə verir. Bu həmrəylik, çətin dönəmlərdə yanımızda olan ölkələrin əsl dost olduğunu bir daha sübut edir.