AZ

DİQQƏT! Azərbaycanda bu şəxslər hərbi xidmətə aparılmır

“Azərbaycanda bəzi vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar. Bu istisnalar “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 22-ci maddəsində öz əksini tapıb”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında hüquqşünas Turan Abdullazadə deyib.

“Qanuna əsasən hazırda cəza çəkən şəxslər – ictimai, islah işləri, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası alanlar müddətli hərbi xidmətə çağırılmırlar. Həmçinin barəsində cinayət işi aparılan və ya məhkəmə baxışında olan şəxslər də hərbi xidmətə müvəqqəti cəlb olunmur. Daha əvvəl qəsdən cinayət törədərək azadlıqdan məhrum edilmiş və məhkumluğu hələ də qüvvədə olan şəxslər də hərbi xidmətə çağırılmayanlar sırasındadır. Ağır və xüsusilə ağır cinayətlərə görə azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası alanlar isə ümumiyyətlə xidmətə cəlb edilmir”.

Vəkil qeyd edir ki, qanunla müəyyən olunan digər hal isə məhkumluğun silinməsi ilə bağlıdır:

“Əgər şəxs məhkumluq müddətini başa vurub və rəsmi şəkildə bu statusdan azad olunubsa, onun hərbi xidmətə yararlılığı xüsusi komissiya tərəfindən dəyərləndirilir. Bu yanaşma həm təhlükəsizlik, həm də sosial adaptasiya baxımından nəzərə alınır. Qanunvericilikdə bu məsələ Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə də tənzimlənir”.

Seçilən
0
8
turkustan.az

9Mənbələr