AZ

“Qırmızı Ordu əsgərlərinin məzarları ən çox Ukrayna və Bolqarıstanda təhqir olunur” - Zaxarova

İkinci Dünya Müharibəsində vuruşmuş Qırmızı Ordu əsgərlərinin məzarları daha çox Ukrayna və Bolqarıstanda murdarlanır.

Herbiand.az RİA Novosti-yə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Polşa və Baltikyanı ölkələrdə də Qırmızı Ordu əsgərlərinin məzarları ləkələnir: “İş o yerə çatıb ki, Zelenski hətta Qırmızı Ordu əsgərlərinin cəsədlərini eksqumasiya etməyə başlayıb, bilirsinizmi, onların qalıqlarına qədər cəhd edir. Qırmızı Ordunun tarixini, İkinci Dünya müharibəsi ilə bağlı olan hər şeyi tamamilə silməyə çalışır”.

Zaxarova sovet əsgərlərinin qalıqlarının başqa yerlərə köçürülməsini rəzillik adlandırıb: “Son onilliklərdə buna bənzər çoxlu misallar var. Polşada Rusiya ilə imzalanmış tərəflərin zəmanətləri və öhdəlikləri haqqında ikitərəfli Sazişə baxmayaraq, abidələr sökülür.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr