AZ

Robert Koçaryanın ailəsinə qarşı əmlak və pul iddiası QALDIRILDI

Baş prokuror Robert Köçəryanın ailəsinə qarşı məhkəmə tərəfindən əmlak və pul iddiası qaldırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan baş prokuroru Anna Vardapetyan Milli Assambleyada məhkəmənin Ermənistanın ikinci prezidenti Robert Koçaryanın ailəsinə hansı əmlak və pul iddialarını təqdim etdiyini bildirib.

2021-ci ildən bu günə kimi Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi müxtəlif vəzifəli şəxslərə və onlarla əlaqəli şəxslərə qarşı 150-yə yaxın iddiaya baxıb.

Bu iddialar çərçivəsində məhkəmə 1496 daşınmaz əmlak obyekti, 288 daşınar əmlak obyekti, 391 hüquqi şəxsdə iştirak hüququ və 536 milyard 190 milyon 782 min dram məbləğində vəsaitə həbs qoyub.

Onun sözlərinə görə, üzərinə həbs qoyulmuş əmlakın və hüquqi şəxslərin iştirakına qadağa hələ qiymətləndirmə mərhələsindədir.

Bu isə o deməkdir ki, sayı hələ də dəyişəcək və 147 iddia üzrə iddiaların ümumi məbləği 608 milyard 505 milyon 330 min dram təşkil edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
0
1
interpress.az

2Mənbələr