AZ

Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü

Yevlax rayonunda 1986-cı il təvəllüdlü Həsrət Bəkirov 1987-ci il təvəllüdlü arvadı Laləzarı qətlə yetirib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Həsrət 2 mart 2024-cü ildə saat 02:30-da Yevlax şəhərindəki fərdi yaşayış evinin yataq otağında psixotrop maddə metamfetamin qəbul edib, yaranmış sərxoşluq vəziyyətində arvadı Laləzarın ona xəyanət etməsindən şübhələnib. Ondan hansı səbəbə xəyanət etməsini soruşub.

Laləzər Bəkirova cavabda ərinə bir neçə dəfə xəyanət etdiyini və həmin şəxslərin ondan üstün olduğunu bildirib. Bu cavabı Həsrət özünə təhqir sayıb, arvadının onu ailə başçısı kimi qəbul etməməsini şəxsiyyətinə sığışdırmayıb. Qisas məqsədilə arvadını öldürmək qərarına gəlib.

İki əliylə Laləzər Bəkirovanın baş nahiyəsindən tutaraq pəncərənin şüşəsinə vurub. Arxası üstə onu döşəməyə yıxıb, şüşə parçaları ilə bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Ümumillikdə 17 bədən xəsarəti yetirməklə qadını öldürüb.

İstintaq orqanı tərəfindən Həsrət Bəkirovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həsrət elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə yox, 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət əməli törətdiyini deyib. İfadəsində göstərib ki, hadisə vaxtı ağlı başında olmadığı üçün arvadına çoxsaylı zərbələri vurub.

“Arvadım bunu inkar etdi”

Həsrətin ifadəsinə görə, narkotik vasitələrdən istifadə edib, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub:

“2023-cü il oktyabr ayında cəzaçəkmə müəssisəsindən çıxdım. Həmin gün Salyan rayonundan Bakı şəhərinə getdim. Arvadım Laləzər Bəkirova uşaqlarla Bakı şəhərində hazırda xatırlamadığım ünvanda kirayədə yaşayırdı. Biz birlikdə "20 Yanvar" metrostansiyasının yaxınlığında hərəkətdə olarkən qarşı tərəfdən tanımadığım bir oğlanın bizi görərək qaçdığını gördüm.

Kənarda tanımadığım bir neçə şəxs Laləzərlə qaçan oğlanın arasında münasibət olduğunu dedi. Söhbəti eşidib, onlara yaxınlaşdım, nə baş verdiyini soruşdum. Onlar da arvadımın bayaq qaçan oğlanla münasibət saxladığını təsdiqlədilər. Lakin oğlanın adını və soyadını demədilər.

Bu haqda arvadımdan soruşdum, o bunu inkar etdi”.

“Oğlanla yenə qarşılaşdıq”

Təqsirləndirilən şəxs deyib ki, onlar Yevlaxda fərdi yaşayış evində yaşamağa başlayıblar: “Hadisədən təxminən 3-4 gün əvvəl arvadımla birlikdə Yevlax bazarında olarkən Bakı şəhərində gördüyüm oğlanla rastlaşdıq. Oğlan bizi görəndə qaçaraq getdi. Arvadımdan oğlanın kim olduğunu soruşdum. O, oğlanı tanımadığını dedi”.

Həsrətin bildirdiyinə görə, 1 mart 2024-cü ildə evdə arvadı Laləzarla mübahisə ediblər: “Mübahisə vaxtı arvadım fərqli-fərqli tanımadığım şəxslərin məndən daha yaraşıqlı olduqlarını bildirdi, məni qəzəbləndirdi.

Seçilən
0
5
publika.az

6Mənbələr