Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası mayın 16-da keçiriləcək.
Bu barədə parlamentin sədri Sahibə Qafarova bu gün keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr edilmiş xüsusi iclasın yekununda məlumat verib.
O qeyd edib ki, plenar iclasın gündəliyi haqqında ictimaiyyətə məlumat veriləcək.