Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvaya gedib.Missiya.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.Belarus liderinin mayın 9-da Rusiya paytaxtının Qırmızı Meydanda keçiriləcək Qələbə Paradına qatılacağı gözlənilir. 2025-ci ildə Moskvanın Qırmızı Meydanda keçiriləcək Qələbə Paradı mayın 9-da saat 10:00-da başlayacaq və iki saat davam edəcək. Parad "Birinci Kanal", "Rusiya 1" və "Zvezda" tərəfindən televiziya ilə yayımlanacaq. Onlayn platformalarda da izləmək olar. Parad həmçinin Moskvanın mərkəzində və hər bir rayonunda böyük ekranlarda nümayiş etdiriləcək.
Qələbə paradında iştirak üçün 19 dost ölkədən hərbi qulluqçular dəvət olunub.
Zərintac MayisqızıMissiya.Az