BAKI, 8 may. TELEQRAF
Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi işgüzar görüşün məhsuldar keçdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə R. Kadırov özünün “Telegram” kanalında məlumat yayıb.
“Bizim Prezidentimizlə işgüzar görüşümüz çox məhsuldar keçdi”, - Kadırov bildirib.
Onun sözlərinə görə, V. Putin görüşün sonunda onların hələ birlikdə çox işləməli olduqlarını qeyd edib.
Qeyd edək ki, Ramzan Kadırov daha əvvəl yaxın zamanda istefaya getmək istədiyini və bu barədə Prezident Putinə müraciət edəcəyini bildirmişdi.