Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Xıllı qəsəbəsinin sakinləri ilə səyyar görüş keçirib.
"Unikal" xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Xıllı qəsəbə Rafiq Gözəlov adına 1 saylı tam orta məktəbin həyətində şəhidlərimizin xatirəsinə həsr olunan abidə ziyarət olunub və önünə gül dəstələri düzülüb.
İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Xıllı qəsəbə ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Xıllı qəsəbəsi haqqında görüş iştirakçılarına geniş məlumat verib.
Çıxışçılar “Heydər Əliyev: Azərbaycana fəda edilmiş şərəfli ömür” mövzusunda iştirakçılara məlumat veriblər və bildiriblər ki, dahi şəxsiyyət Heydər Əliyev hələ keçmiş SSRİ dönəmində 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra respublikamızın tərəqqisi üçün müxtəlif sahələrin mütəmadi inkişafı istiqamətində fundamental tədbirlər görməyə başladı və iqtisadiyyatın yenidən dirçəlməsi yönündə məhz Ulu Öndərin rəhbərliyi altında mühüm addımlar atılmaqla digər sahələrin inkişafına şərait yaradılması haqqında danışıblar.
Neftçala RİH-in başçısı Mirhəsən Seyidov çıxış edərək görkəmli şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti, dövlət quruculuğu uğrunda gördüyü əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, bu gün xalq olaraq əldə etdiyimiz nailiyyətlər məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik dövlətçilik siyasəti ilə bağlıdır. Bu gün Ulu Öndərin demokratik hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Prezident cənab İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın müzəffər ordusu 30 illik işğala son qoydu. Zəfər gününün tariximizə qızıl hərflərlə yazılması elə məhz Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Ölkəmiz Ümummilli Lider Heydər Əliyevin siyasi kursu ilə inamla addımlayır və onun irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaq.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar, elektrik təsərrüfatının yenilənməsi, qəsəbə daxili yollarda səkilərin təmir olunması və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.