AZ

Türkiyədə musiqi müəllimi uşaqlara qarşı cinsi istismarda ittiham olunaraq HƏBS EDİLDİ

Türkiyədə musiqi müəllimi uşaqlara qarşı cinsi istismarda ittiham olunaraq həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Mersinin Tarsus şəhərində musiqi müəllimi Serkan Günəş “dadma oyunu” bəhanəsi ilə onların gözlərini bağlayaraq cinsi istismara məruz qoyub.

Musiqi dərsi verən Serkan Günəş “Gəlin gözü bağlı oyun oynayaq” deyərək onlarla uşağın gözlərini bağlayıb.

Günəş onlara cinsi zorakılıq etməzdən əvvəl dondurma, banan, şokolad kimi yeməkləri dadmağa məcbur edib. Daha sonra isə olanlar olub…

Qan donduran bu zorakılığın bütün təfərrüatları ilk dəfə “Gerçek Gündem” saytında dərc olunub.

Serkan Günəşin 32 yaşı var. Mersində un dəyirmanında işləyirdi. Əlavə iş olaraq Ozan Musiqi Mərkəzində bağlama (türk sazı) və gitara dərsləri verib.

O, bu işə 1,5 il əvvəl başlayıb. Bu müddət ərzində onlarla uşağa dərs deyib.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
0
1
interpress.az

2Mənbələr