“İpsviç”in hücumçusu Liam Delap karyerasını başqa klubda davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Arsenal” 22 yaşlı ingilis futbolçuya təklif göndərib.Oyunçu ilə “Çelsi”nin də maraqlandığı bildirilib.
Delap bu mövsüm Premyer Liqada 34 oyun keçirib, 12 qol vurub və 2 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.