Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 1 və 2-ci məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işlərinə 36 586 240 AZN xərclənəcək.
Pravda.az-ın xəbərinə görə, “Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi “SMTS” MMC ilə müqavilə bağlayıb.
“SMTS” Qarabağda həyata keçirilən quruculuq işlərində milyonluq tenderləri daha çox əldə edən şirkətlər sırasındadır.
Cabir
Tarix: 8 May 2025, 13:19