AZ

Bu yaşından sonra beyin bədəni daha az hərəkət etməyə təşviq edir

Şimal-Şərq Universitetinin (ABŞ) alimləri fiziki aktivliyin yaşa bağlı azalmasının təkcə əzələ kütləsinin və hərəkətliliyin itirilməsi ilə deyil, həm də beyin funksiyasının dəyişməsi ilə bağlı olduğunu irəli sürüblər.

"Unikal" xəbər verir ki, araşdırmanın nəticələri "Journal of Gerontology" (JGeront) jurnalında dərc olunub.

Elmi iş Kembric Yaşlanma və Nevrologiya Mərkəzinin apardığı araşdırmanın məlumatlarına əsaslanır. Burada 18 yaşdan 81 yaşa qədər könüllülər iştirak ediblər. Alimlər müəyyən ediblər ki, fiziki fəaliyyətdə kəskin azalma təxminən 49 yaşında başlayır. Bu, beynin diqqət və özünü idarə etməyə cavabdeh olan müəyyən bölgələrindəki dəyişikliklərlə üst-üstə düşür. 

Araşdırmaların davam etdiyi qeyd olunub. 

Seçilən
0
1
unikal.az

2Mənbələr