Yakutiyada kəhrəba çalarlı, 468,3 karat çəkidə unikal almaz aşkarlanıb.
Valyuta.az xəbər verir ki, bu rekord tapıntı barədə ALROSA şirkəti məlumat verib.
Kritalin ölçüləri 56 x 54 x 22 millimetr təşkil edir ki, bu da onu Rusiyada indiyədək tapılmış ən iri zərgərlik almazı edir.
Şirkətin baş direktoru Pavel Mariniçevin sözlərinə görə, bu tapıntı xüsusi əhəmiyyət daşıyır, çünki almaz Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi ilində aşkarlanıb.
"Biz bu hadisəni əbədiləşdirməyi vacib hesab etdik və daşa bu münasibətlə ad verdik", deyə o əlavə edib.
Bundan əvvəl ALROSA şirkəti ölkə tarixində ən iri, çəkisi 100 karatdan çox olan brilyantı təqdim etmişdi. Həmin qiymətli daşın üzərində iş iki ildən artıq çəkmişdi.
May ayının əvvəlində isə Rusiyada "Yeni günəş" adlı, çəkisi 200 karatdan çox olan ən iri brilyantın hərraca çıxarılacağı elan olunub. Qızılı-bal rəngli bu dəyərli daş Arktika yataqlarında çıxarılıb.
Paşa Məmmədli