AZ

Ertuğrul Sağlam Azərbaycandan təklif alıb: "Müqaviləmə sadiq qalmaq istəyirdim"

Vaxtı ilə "Bursaspor"a Türkiyə çempionluğunu qazandırmış Ertoğrul Sağlam Azərbaycanda çalışa bilərmiş.

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis həmin təklifdən imtina edib.

Bu haqda Sağlam özü açıqlamasında bildirib. Ona "Kocaelispor"da çalışdığı vaxtda təklif gəlib:

"Məsələni açdınızsa, deyim, Azərbaycandan və Superliqadan dəvət almışdım. Lakin bütün fikrimi “Kocaelispor”a yönəltdiyim üçün imtina etdim. Müqaviləmə sadiq qalmaq istəyirdim".

Qeyd edək ki, Sağlam sonuncu dəfə "Kocaelispor"da işləmişdi. O, 2024-cü ilin dekabrında həmin klubdan ayrılmışdı. 

saytlarin hazirlanmasi

Seçilən
0
sportal.az

1Mənbələr