AZ

ABB ötən ili 360 milyon manat məbləğində xalis mənfəətlə başa vurub

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Bankı (ABB) 6 ildir səhmdarlarına ardıcılyüksək dividend ödǝyǝn sağlam, dayanıqlı və mənfəətlə çalışanbankdır. Bu il ilk dəfə kütləvi emissiyadan sonra sayları 30 mindənçox olan səhmdarlarımızla gəlirlərimizi bölüşəcəyik. Çünki ABB2024-cü ili də strateji inkişaf tarixinin ən uğurlu illərindən birikimi, 360 milyon manat məbləğində xalis mənfəətlə tamamlayıb.

Trend xəbər verir ki, bu sözləri ABB-nin İdarəHeyətinin sədri Abbas İbrahimov bu gün bankın dayanıqlılıqhesabatına dair keçirilən mətbuat konfransında deyib.

"Bankımızın əməliyyat gəlirləri əvvəlki illə müqayisədə 2024-cüildə 13,6 faiz artıb. 2024-cü ilin maliyyə nəticələrinə əsasən,bank dövlət büdcəsinə 131 milyon manat vergi və digər ödənişləredib. Kredit portfelimizdə iri həcmdə - 1,3 milyard manat, yəni25,8 faizlik artım baş verib. Biznes kreditləri portfelimizi 614milyon manat artırmışıq. İlin nəticələrinə əsasən, biznes vəipoteka kreditləri üzrə bazar lideri olmuşuq",- deyə Abbasİbrahimov vurğulayıb.

Bankın sədri ABB müştərilərinin sayının artaraq 4 milyonuötdüyünü deyib: "Aktiv müştərilərimizin sayı son 1 il ərzindərekord həcmdə, 32 faiz artıb. Bankımıza 2024-cü ildə gələn yenimüştərilərin 65 faizi məhz rəqəmsal kanallardan, yəni bankfilialına daxil olmadan cəlb edilib. Azərbaycanın ərazibütövlüyünün bərpasından sonra 2024-cü ildə biz Xankəndidə filialaçan ilk bank olduq. Müştərilərimizə daha da əlçatan olmaqdan ötrüdaha 3 yeni filial yaratdıq, 7 filialımızı brend kimliyimizə uyğunqurduq".

Məqalədə:
Seçilən
0
2
az.trend.az

3Mənbələr