AZ

Qəhrəman şəhidimizin adı sinfə verilib

Naxçıvan şəhər Heydər Əliyev adına orta məktəbdə Babək rayon şəhidi Rasim Ramazanlının adı sinifə verilib.

Herbiand.az">Herbiand.azxəbər verir ki, bu münasibətlə məktəbdə tədbir keçirilib. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra dövlət himni səsləndirilib.

Tədbiri məktəbin direktoru Məlahət xanım açdıqdan sonra söz şəhid ata, analarına verilib.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin düşmənə və onun havadarlarına öz gücünü göstərdiyini və uzun illər bu qələbədən danışılacağını qeyd ediblər. Bildirilib ki, tarixə adı aprel döyüşləri kimi düşmüş hərbi əməliyyatlarda milli ordumuz nəyə qadir olduğunu hələ o zaman göstərmişdi. Ardınca Tovuz döyüşləri, 2020-ci il 44 günlük Vətən müharibəsində düşmənin başını əzən Azərbaycan döyüşçüsü 2023- cü ilin sentyabrında antiterror əməliyyatları ilə onu torpaqlarımızdan tamamilə çıxarıb ölkənin ərazi bütövlüyünü tam təmin etdi.

Şəhidimizin həyatı və döyüş yolundan bəhs olunan tədbirdə qeyd olunub ki, Vətənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman igidlərimizdən biri olan Rasim Ramazanlı də keçdiyi döyüş yolu ilə gələcək nəsillər üçün əsil nümunədir. Onun vətənpərvərliyi, şücaəti, mərdliyi və qəhrəmanlığı xalqımızın hər zaman yaddaşında qalacaq və belə igidlər daim fəxrlə anılacaq.

Tədbirdə şəhidin adı verilən sinifin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Qəhrəmanın ailəsi şəhidin adının əbədiləşdirilməsi məqsədi ilə atılan bu addımı yüksək qiymətləndirərək təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.

Sonda məktəb kollektivi şəhidin ailəsi ilə xatirə fotoları çəkdirib.

 



Seçilən
0
herbiand.az

1Mənbələr