“Heydər Əliyev Azərbaycanda mühüm yeri olan tarixi şəxsiyyətdir. Biz müasir Azərbaycanın bütün sahələrində Heydər Əliyevin atdığı təməlləri görürük”.
Hafta.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş xüsusi iclasında "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusuna həsr olunmuş iclasında bildirib.
Deputat qeyd edib ki, Heydər Əliyevin uğurunun səbəbi real tarixi doğru oxumasından irəli gəlir.
“Vaxtilə müxalifət bu yeniləşmiş baxışı qəbul etmirdi. Artıq qəbul edir, artıq reallığı dərk edir. Heydər Əliyev real tarixi doğru oxuya bildi.
Heydər Əliyev Konstitusiyanın qəbul olunması ilə dövlətin hüquqi təməlini kifayət qədər möhkəmlətmiş oldu”.