Bakı. Trend:
İkinci Qarabağ müharibəsinin başa çatmasından artıq dörd ildənçox vaxt keçib, lakin bu müddət ərzində rəsmi İrəvan Azərbaycanlasülhün hüquqi sənədlə rəsmiləşdirilməsini davamlı olaraqertələyir.
Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazibütövlüyünü tanımağa və ərazi iddialarından əl çəkməyə hazır olduğubarədə yüksək tribunlardan verdiyi bəyanatlara baxmayaraq, reallıqtamamilə fərqlidir. Regional sabitliyin əsas sütunu olan sülhmüqaviləsi imzalanmamaqla bahəm, həm də proses məqsədli şəkildəəngəllənir. Niyə? Bu sual Ermənistanın daxili siyasimexanizmlərinə, beynəlxalq təsirlərə və şəxsən Paşinyanın ikiüzlüoyununa dərindən nəzər salmağı tələb edir.
Nikol Paşinyan bu gün qeyri-müəyyənliyin ustasına çevrilib. Qərbauditoriyası üçün o, sülhsevər, islahatçı, yeni dövrün lideridir.Brüssel, Vaşinqton və Berlin kimi mərkəzlərdə o, QarabağınAzərbaycanın bir hissəsi olduğunu tanıdığını, kommunikasiyalarınaçılmasının vacibliyini və mehriban qonşuluq münasibətləri qurmaqistədiyini bəyan edir. Amma eyni Paşinyan İrəvanda tamamilə başqacür davranır.
O, müdafiə naziri Suren Papikyana hərbi xərcləri artırmaq,sərhədlərdə mövqeləri möhkəmlətmək üçün tam səlahiyyət verir.Parlamentdə və küçədə anti-Azərbaycan ritorikası səsləndiriləndəsusur. Cəmiyyətdə parçalanmanı təşviq edir, köhnə qorxular vərevanşist xəyallar üzərində oynayır.
Səbəb sadədir: Paşinyan bütöv Ermənistana nəzarət etmir. O,sadəcə idarəçi vitrin rolunu oynayır, pərdə arxasında isəbir-birilə mübarizə aparan qüvvələr gizlənir.
Bugünkü Ermənistan tam mənada suveren dövlət deyil, əksinə,Rusiya, Fransa və ABŞ kimi üç qlobal aktorun maraq meydançasıdır.Hər birinin öz təsir alətləri, dəstək qrupları və siyasi məzmunlarıvar.
Birinci - Rusiya izi. Moskva ilə münasibətlərin gərginləşməsinəbaxmayaraq, Ermənistan ordusu, xüsusi xidmət orqanları vəparlamentin bir hissəsində Rusiyaya bağlı strukturlar hələ dəgüclüdür. Rusiya Gümrüdəki hərbi bazanı, sərhədləri, enerjiobyektlərini və hərbi-logistik imkanları idarə edir. KremlPaşinyana kanalları vasitəsilə təzyiq göstərərək onun MDBölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)orbitindən çıxmasının qarşısını alır.
İkinci - Fransanın revanşizmi. Paris "demokratiyaya dəstək" adıaltında Ermənistanı Rusiyaya qarşı, eyni zamanda Fransaya bağlıforpost kimi formalaşdırmaq istəyir. Silah tədarükü, ermənizabitlərinin hazırlanması, "Ermənistanın təhlükəsizliyi" ilə bağlıbəyanatlar - bunlar alternativ vektor yaratmaq cəhdləridir. Əslindəisə Fransa sülh prosesini pozur, İrəvanı qarşıdurmayasürükləyir.
Üçüncü - ABŞ-ın ikili oyunu. Vaşinqton zahirdə ErmənistanıAzərbaycanla sülhə çağırır, amma eyni zamanda Ermənistan daxilindəsülh əleyhinə fəaliyyət göstərən qüvvələrə qarşı təzyiqgöstərməkdən yayınır. Paşinyanın hər addımı Mərkəzi Kəşfiyyatİdarəsi, ABŞ səfirliyi və xaricdən maliyyələşən QHT-lər tərəfindənizlənilir.
Beləliklə, Paşinyan sülh təşəbbüsü irəli sürəndə ya Rusiyanın"beşinci kolonu", ya da Fransanın və ABŞ-ın "vətəndaş cəmiyyəti"tərəfindən geri çəkilməyə məcbur edilir.
Hazırda Ermənistanda real güc mərkəzi yoxdur. Prezident VahanXaçaturyan formal fiqurdur. Parlament sonsuz qalmaqallarmeydanıdır. Hökumət geniş səlahiyyətlərə malik olmayan bürokratikmexanizmdir. Hakimiyyət sanki havada asılıb, real idarəetmərıçaqlarısa Paşinyanın və onun “Vətəndaş Müqaviləsi” partiyasınınəlində cəmlənib. Amma bu nəzarət hörmətə deyil, xaos qorxusunaəsaslanır.
Paşinyan müharibə veteranları, habelə sabiq prezidentlər RobertKöçəryanla Serj Sarqsyanın tərəfdarlarının təşkil etdiyi bir neçəetiraz dalğasından sağ çıxa bilib. Amma onun dəstəyi sevgi üzərindədeyil - alternativin olmaması üzərində qurulub.
Əvvəl baxışda Paşinyanın ən güclü rəqibləri kimi köhnə rejimtəmsilçiləri - Robert Köçəryan və onun tərəfdarları görünür.Onların media resursları, maliyyə imkanları, diaspor dəstəyi vəMoskvadakı əlaqələri var. Amma onların əsas zəif nöqtəsi - toplumtərəfindən qəbul edilməmələridir. Onların qayıdışı korrupsiya vərepressiyalarla assosiasiya olunur.
Amma daha təhlükəli bir opponent var - küçə. Bəli, fragmentar,lakin radikallaşmış küçə qrupları: ultra-millətçilər, ifratşovinistlər, veteranlar, keşişlər, “xilas komitələri”, tələbəfəalları və xaricdən gəlmiş silahlı dəstələr. Onların lideriyoxdur, amma dağıdıcılıq potensialı çox böyükdür. Əgər Paşinyansülh müqaviləsinə imza atsa, onu satqın sayacaq ilk kütlə də məhzbunlar olacaq.
Rəsmi statistikaya əsasən, Paşinyanın hələ də seçki dayağı qalır- əsasən şəhərlərdə və gənclər arasında. Amma xalqla təması itir.O, mitinqlərə çıxmır, debatlardan qaçır, mühafizə olunan hökumətbinasından bayıra çıxmır.
Əgər 2026-cı ildə seçkilər vaxtında baş tutarsa, əsas təhdidKöçəryandan yox, yeni dalğadan gələ bilər - yəni keçmişhərbçilərdən, narazı bürokratlardan və ya xalqı arxasınca aparacaqgənc liderdən. Hələ ki, o şəxs ortada yoxdur. Amma bu - zamanməsələsidir.
Bu gün Ermənistan öz illüziyalarının girovuna çevrilmiş birdövlətdir. Qərblə də, Şərqlə də eyni anda münasibət qurmaqolacağına dair illüziyaların; sülhdən danışıb, amma məsuliyyətdənyayınmaqla yaşamağın mümkünlüyünə dair illüziyaların; dəyişmədənyaşamağın mümkün olacağına dair illüziyaların. PaşinyanAzərbaycanla sülh sazişi imzalamır, çünki anlayır: onun imzası –siyasi karyerasının ölüm hökmü olacaq. Ona sülh sazişi lazım deyil,ona sonsuz proses lazımdır. Elə bir proses ki, o bu müddətdə manevretsin, yalan danışsın, məsuliyyəti başqalarının üstünə atsın vəmöcüzə gözləsin. Amma möcüzə baş verməyəcək.
Gərginlik hər gün artır. Əgər İrəvan qəti addım atmasa, buaddımı başqaları onun əvəzinə atacaq. Və bu zaman nəticələr təkcəsiyasi deyil, həm də coğrafi olacaq.
Bəlkə də, Paşinyanın siyasəti ilə bağlı ən dəqiq fikirlərdənbirini erməni politoloqu Beni Mardoyan "Hraparak"a müsahibəsindəsöyləyib: “Paşinyan bu gün lider deyil – o, iki müxtəlif tamaşadaeyni anda rol oynayan aktyordur: biri Qərb üçün, digəri erməniküçəsi üçün. Əsl reallıq isə kulisdə baş verir, orada isə idarəetmətamam başqa qüvvələrin əlindədir.”
Doğrudan da, Paşinyanın bütün siyasi strategiyası illüziyalarıqorumağa hesablanıb: guya Azərbaycanla sülh istəyir, amma əslində,bu sülh nə indiki sistemdə, nə də mövcud mühitdə mümkündür. 2023-cüil 13 oktyabr tarixində parlamentdə çıxış edərkən özü bəyanetmişdi: "Biz Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağıtanımağa hazırıq. Bu, bizim bəyanatlarımızda öz əksini tapıb."
Amma cəmi bir həftə sonra elə həmin Paşinyanın rəhbərlik etdiyipartiya həmin sözlərin hüquqi qüvvəyə minəcəyi qətnamənin lehinəsəs verməkdən imtina etdi. Niyə?
Cavab Ermənistanın siyasi sisteminin içərisinə işləyənzehni-psixoloji ikiləşmədə gizlidir. İrəvan sülh istəyir, ammanəticəsiz. Normallaşma istəyir, amma güzəştsiz. Avropa iləinteqrasiya arzulayır, amma "qardaş Rusiya"nı itirməkdən qorxur. Bu– strategiya deyil, siyasi şizofreniyadır.
Sülh prosesinin önünü kəsən ən mühüm aktorlardan biri – ermənidiasporasıdır. Təsiredici, varlı, amma Ermənistan reallıqlarındankəskin şəkildə uzaq. Fransa, ABŞ, Argentina, Kanada, Livan - haradaki, erməni diasporası güclüdür, orada İrəvandan qeyri-mümküntələblər irəli sürülür: Qarabağı Azərbaycanın tərkib hissəsi kimitanımamaq, mübarizəni davam etdirmək, "müqavimət ruhunu" saxlamaq.Bu tələblər nə beynəlxalq hüquqa, nə də Ermənistanın öz maraqlarınacavab verir - çünki bu ölkə blokada şəraitində, yeni müharibəqorxusu altında yaşayır.
Fransız analitik Jan-Pol Lafonten "Le Monde" qəzetinəmüsahibəsində deyirdi:
“Erməni diasporası keçmişin mifləri ilə yaşayır. Onlar sonuncuerməniyə qədər döyüşməyə hazırdır - təki o sonuncu erməni başqasıolsun.”
Paşinyan bu diasporadan qorxur. Onun maliyyəsini, Qərbmediasındakı dəstəyini, ABŞ Konqresindəki təsir imkanlarını itirməkistəmir. Buna görə də o, mürəkkəb bir teatr oynayır: burada bir sözdeyir, orada başqa bir söz. Amma belə oyun uzun çəkməz.
Bəs Azərbaycanla sülh müqaviləsinin bu gün niyə mümkün olmadığısualına daha fundamental cavab nədir? Çünki bu sənəd Ermənistanınson 30 ildə formalaşdırdığı siyasi psixologiyanı – "xarici düşmən"üzərində qurulmuş dövlət ideologiyasını – dağıdacaq. Ermənistan buillər ərzində özünü daim təhlükədə, blokadada, düşmənlər arasındamühasirədə görən, qorxu və "vətənpərvərlik isteriyası" ilə hərəkətedən bir rejimə çevirib.
Amma sülh sazişi hər şeyi dəyişəcək. Belə ki, ordunun indikiforması ilə mövcudluğu mənasızlaşacaq, Rusiyanın təhlükəsizliktəminatçısı rolunun heç bir dəyəri qalmayacaq, – Müxalifət özününəsas şüarından olan"Qarabağı satmamaq" ritorikasından məhrum olacaqvə ən əsası, erməni xalqının gözləri açılacaq: 2020-ci ildəkimüharibə məğlubiyyət idi və heç bir revanş olmayacaq.
Paşinyan bunu anlayır. Onun ətrafındakılar daha yaxşı anlayır.Məhz buna görə də sülhə doğru hər addım, əslində, daxildə qorxu iləzəhərlənmiş addımdır.
Erməni Həvariyun (Apostol) Kilsəsinin ölkənin siyasətinə təsiriçox zaman dəyərləndirilmir. Halbuki katolikos II Qaregin təkcə dinilider deyil, həm də tamhüquqlu siyasi fiqurdur. Onun rəhbərliketdiyi strukturların öz maliyyə fondları, Rusiya, Fransa və həttaİranla əlaqələri var. 2020-ci ildəki müharibənin nəticələrini "qətiməğlubiyyət" kimi tanımayanların sırasında o da var idi. Kilsə“itirilmiş torpaqların qaytarılması” ritorikasını dəstəkləməklərevanşizmi bərkidir və istənilən praqmatik təşəbbüsün qarşısınıalır.
Bunun üstünə bir də "Qarabağ lobbisi"ni gələk - Köçəryan vəSərkisyan rejiminin qalıqları biznesdə, bank sektorunda, məhkəməsistemində dərin kök salıb. Onlar anlayırlar: Azərbaycanla realsülh – onların təsir imkanlarının sonu deməkdir. Bu səbəbdən onlarsabitliyə yox, məhz təxribatlara ümid bağlayırlar.
Mövcud siyasi dinamika fonunda Nikol Paşinyan 2026-cı ilseçkilərinə zəif və qeyri-effektiv lider kimi yaxınlaşmaq riski iləüz-üzədir. Onun partiyası tədricən mövqelərini itirir. Xüsusiləkəndlərdə və kiçik şəhərlərdə elektorat ruhdan düşüb, apatiyayaqapılıb. Bu isə yeni bir ictimai sifarişi önə çıxarır - artıqcəmiyyət sülhdən çox qayda-qanun, sabitlik tələb edir.
Məhz bu fon qarşısında yeni fiqur yarana bilər - bu, keçmişhərbçi də ola bilər, xarizmatik bir şəhər meri də, Robert Qukasyankimi populist-vətənpərvər də. Qukasyanın adı artıq sorğulardagetdikcə daha çox çəkilir. Amma gələcəyin əsas rəqibi hələlikmeydanda yoxdur. Paşinyanın ən böyük qorxusu da budur: o, konkretmüxalifətdən deyil, siyasi boşluqdan qorxur.
Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün İrəvan üç gerçəyiqəbul etməlidir:
Birincisi, Qarabağ - Azərbaycanın ayrılmaz hissəsidir. Hüquqi,tarixi və faktiki olaraq.
İkincisi, revanş mümkün deyil. Onun kölgəsi belə yeni birfəlakətə aparır.
Üçüncüsü, həqiqi suverenlik başqasının torpağı uğrunda deyil, özsəhvlərini dürüst şəkildə etiraf etməklə başlayır.
Bu həqiqətlər qəbul edilmədikcə, Brüsseldə keçirilən sammitlər,Vaşinqtonda baş tutan görüşlər, Blinken və ya Makronla verilənşəkillər heç bir nəticə verməyəcək.
Sülh mümkündür.
Amma yalnız bir halda - Ermənistan özünə yalan danışmağıdayandıranda.