AZ

Kardinallar konklavın ilk günündə yeni papanı seçə bilmədilər


Çərşənbə günü axşam Sikstin kapellasının damındakı bacadan qara tüstü çıxmağa başlayıb. Bu isə kardinalların konklavın ilk günündə yeni papa seçə bilmədiyini göstərir. 267-ci Papanın seçilməsi üzrə konklav Vatikanın Sikstin kapellasında mayın 7-də çərşənbə günü yerli vaxtla saat 16:30-da başlayıb.Səsvermədə iştirak edən kardinallar and içərək, kilsə qaydalarına riayət edəcəklərini və müqəddəs Pyotrun varisinin seçildikdən sonra onun xidmətində olacaqlarını və Sikstin kapellasında baş verən hər şeyi məxfi saxlayacaqlarını vəd etdilər. Extra omnes ("Hamı çıxsın!") fəryadından sonra səsvermədə iştirak etməyən konklav rəsmiləri Sikstin kapellasını tərk etdilər, bundan sonra Papa İlahi İbadət İdarəsinin rəhbəri arxiyepiskop Dieqo Ravelli qapıları bağladı. Papa seçiminin ikinci mərhələsi mayın 8-də gözlənir

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr