Hurriyyet.az xəbər verir ki, Azərbaycan Pakistanı dəstəklədiyi üçün Hindistanda ölkəmizə qarşı boykot elan edilib.
Yerli mətbuatın yazdığına görə, hind blogerləri və siyasətçiləri vətəndaşları Azərbaycana səfərlərdən imtina etməyə çağırıblar. Onlar X şəbəkəsində "Boycott Azerbaijan" kampaniyasına başlayıblar.
Səbəb Hindistanın Pakistana hücumundan sonra Azərbaycanın İslamabadı dəstəklədiyini bəyan etməsidir.
Hürr Tərcüman