AZ

PSJ – “Arsenal” oyunundan sonra 43 nəfər saxlanıldı

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində PSJ və “Arsenal” komandaları arasında keçirilmiş cavab matçından sonra iğtişaş baş verib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Paris polisi bu səbəbdən 43 nəfəri saxlayıb. Təhlükəsizliyin təmin edilməsi üçün hadisə yerinə iki minə yaxın polis əməkdaşı yerləşdirilib.

İğtişaşlar zamanı avtomobil piyadaların üzərinə aşıb və bundan sonra azarkeşlər maşını yandırıblar.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən, “Arsenal”ı 3:1 hesabı ilə məğlub edən PSJ finalda İtaliyanın “İnter” komandasına rəqib olub. Həlledici qarşılaşma mayın 31-də keçiriləcək.

Seçilən
0
unikal.az

1Mənbələr