AZ

Azərbaycanın 4 ayda qeyri-neft sektoru üzrə ixracı 18% artıb

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoruüzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18% artaraq1,1 milyard ABŞ dolları təşkil edib.

Trend bu barədəİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM)“İxrac icmalı”nın may sayına dair ilkin göstəricilərinə istinadənxəbər verir.

Məlumata görə, bu dövrdə yeyinti məhsullarının ixracı 12,1%artaraq 300.1 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin ilk dörd ayında qeyri-neft-qaz sahəsi üzrə ixracolunan mallar arasında kimya sənayesi məhsulları ötən ilin müvafiqdövrünə nəzərən 35 milyon ABŞ dolları və ya 42,5%, şəkər 1,9 milyonABŞ dolları və ya 25,8%, qara metallar və onlardan hazırlananməmulatlar 4,1 milyon ABŞ dolları və ya 16,7%, meyvə-tərəvəz 26,8ABŞ dolları və ya 14,8%, alüminium və ondan hazırlanan məmulatlar6,1 milyon ABŞ dolları və ya 9,8%, pambıq iplik 360,9 min ABŞdolları və ya 5,3% artıb.

2025-ci ilin yanvar-aprel aylarında ixrac olunan aqrar məhsullar14% artaraq 232,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 7,9%artaraq 90,8 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar vəaqrar-sənaye məhsullarının birgə ixracı 12,2% artaraq 323,57 milyonABŞ dolları təşkil edib.

Məqalədə:
Seçilən
0
8
az.trend.az

10Mənbələr