AZ

VTB (Azərbaycan) veteranları təbrik etdi

Böyük Vətən müharibəsində qələbənin 80 illiyi münasibətilə VTB (Azərbaycan)-ın əməkdaşları ölkəmizdə yaşayan veteranları ziyarət ediblər. Bankın əməkdaşları müharibə və əmək qəhrəmanlarını şəxsən ziyarət edib, onlara göstərdikləri şücaətlərə görə minnətdarlıqlarını bildirib, gül və hədiyyələr təqdim ediblər.

"Veteranlara dəstək VTB-nin sosial siyasətinin mühüm addımlarından biridir. Biz onların cəsarətini və fədakarlığını yüksək qiymətləndiririk və onlara hörmət və diqqət göstərməyi özümüzə borc bilirik", - deyə Bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri İqor Okayev bildirib.

Bank ənənəvi olaraq qaliblər nəslinə diqqət və ehtiramını bildirərək, yaddaqalan tarixlərə həsr olunmuş tədbirlər keçirir.

Seçilən
0
2
banco.az

3Mənbələr