AZ

Şirvanda avtoxuliqanlıq edən sürücü 17 gün HƏBS OLUNDU - FOTO

Şirvanda avtoxuliqanlıq edən sürücü həbs olunub.

Avtosfer.az-ın məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Samir Həsənov saxlanılıb. Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə S.Həsənov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 17 sutka inzibati qaydada həbs edilib.

Nərmin

 

Seçilən
0
15
avtosfer.az

10Mənbələr