Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunun açılışı və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirə Baş prokuror Kamran Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin komitə sədrləri, deputatlar, Baş prokurorluğun rəhbərliyi və prokurorluq əməkdaşları, habelə digər hüquq-mühafizə orqanlarının nümayəndələri və jurnalistlər qatılıb.
Qeyd olunub ki, yeni inşa edilmiş korpusla tanış olan iştirakçılara bildirilib ki, bina prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir standartlara tam cavab verən infrastrukturla təmin olunub.
Binada əməkdaşların rahat və funksional iş şəraiti üçün bütün zəruri texniki avadanlıqlarla təchiz olunmuş xidməti otaqlar, habelə 125 nəfərlik akt zalı, yeməkxana yaradılıb, eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından da ən son tələblərə uyğun layihələndirilib. Daha sonra yeni akt zalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir baş tutub.
Mətləb