AZ

"Heydər Əliyev bugünkü parlamentin banisidir" - Sahibə Qafarova

"Ulu Öndər xalq və Vətən yolunda göstərdiyi misilsiz xidmətlərlə adını tarixə qızıl hərflərlə yazmışdır".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda xüsusi iclasında  parlamentin sədri Sahibə Qafarova deyib.

 

Sədr qeyd edib ki, onun aşıladığı dəyərlər bugünkü və gələcək nəsillərin əməllərində yaşayır.

 

Spiker vurğulayıb ki, Ulu öndərin misilsiz işlərindən biri də məhz onun rəhbərliyi altında ilk konstitusiyamızın hazırlanmasıdır.

 

"Biz qürurla söyləyirik ki, Heydər Əliyev həmçinin bugünkü parlamentimizin də banisidir".

 

Firuzə Əliyeva
Sfera.az
 

 

Seçilən
0
2
sfera.az

6Mənbələr