AZ

Avtoxuliqanlıq edən sürücü həbs olundu

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə idarə etdiyi “VAZ” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Samir Həsənov saxlanılıb.

"Unikal" xəbər verir ki, Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə S.Həsənov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 17 sutka inzibati qaydada həbs edilib.

Seçilən
0
4
unikal.az

10Mənbələr