AZ

Qaxda silah-sursat aşkarlandı



Qax rayonunda odlu silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

aia.az xəbər verir ki, polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan 2 ədəd “Kalaşnikov” avtomatı, daraqlar, 55 ədəd patron və 1 qumbara aşkarlanıb.

Şöbə əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq sənədləri olmayan 4 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

aia.az



Seçilən
0
12
aia.az

10Mənbələr