AZ

Tramp Ərdoğandan Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün kömək istəyib - KİV

ABŞ Prezidenti Donald Tramp Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğandan Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün kömək istəyib. 

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkilləri ilə görüşən Türkiyənin xarici işlər naziri Hakan Fidan Ərdoğan-Tramp görüşünü dəyərləndirərkən qeyd edib ki, bölgə ölkələrindən çoxlu müraciətlər alırıq və onlar deyirlər Trampın dinləyəcəyi yeganə müsəlman lider Ərdoğandır.

Qeyd olunub ki, Azərbaycan-Ermənistan arasındakı 2020-ci il müharibəsi zamanı ölkənin bitərəf qalmasını təmin etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşən Ərdoğan getdikcə gərginləşən Rusiya-Ukrayna müharibəsi üçün yenidən hərəkətə keçəcək. Bu məqamda Türkiyə Qara dənizdə müharibə riskinin tamamilə aradan qaldırılması və bölgədə sülh, sabitlik və əmin-amanlığın bərqərar olması üçün lazımi dəstəyi verməyə hazır olduğunu ABŞ administrasiyasına çatdırıb.

Xatırladaq ki, mayın 5-də Ərdoğan və Tramp arasında telefon danışığı olub.

Daşqın HəsənovMissiya.Az

Seçilən
0
missiya.az

1Mənbələr