Kəlbəcərədə minik maşını çaya aşıb. 1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb. "Niva " markalı minik maşını idarəetmədən çıxaraq çaya aşıb. Sürücü, Kəlbəcər şəhər sakini 1985-ci il təvəllüdlü N.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.