ABŞ prezidenti Donald Tramp bu gün böyük və hörmətli ölkə ilə ticarət müqaviləsi imzalayacaqlarını açıqlayıb.
Tramp “Truth Social” hesabında bu gün səhər yerli vaxtla saat 10:00-da (Bakı vaxtilə saat 18:00) mətbuat konfransı keçirəcəyini açıqlayıb.
"Sabah səhər saat 10:00-da Oval kabinetdə böyük və hörmətli bir ölkənin nümayəndələri ilə böyük ticarət razılaşması ilə bağlı mətbuat konfransı olacaq. Bu, daha bir çox müqavilələrdən ilki olacaq”, – Tramp bildirib.
Digər tərəfdən Amerika mətbuatında əks olunan xəbərlərdə sözügedən ölkənin Böyük Britaniya olduğu iddia edilib.