Ötən gün polis əməkdaşları tərəfindən silah sursat aşkarlanıb.
Mayın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 17 avtomat silahı, 2 tapança, 2 qumbara, 3 tüfəng, 7 patron darağı, 1005 ədəd müxtəlif çaplı patron və 8 ədəd süngü-bıçaq aşkar edərək götürüblər.
Bu barədə Operativ Media-ya DİN məlumat verib
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.