10:29 08.05.2025
10:29 08.05.2025
İranda 5 maqnitudalı zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə “Azad Iran” məlumat yayıb.
Məlumata görə, zəlzələ Simnan əyalətinin Zamanabad şəhərində baş verib.
Yeraltı təkanların ocağı 9 kilometr dərinlikdə yerləşib. Dağıntı və yaralılar barədə məlumat yoxdur.