AZ

Əminə Ərdoğan Ankarada Azərbaycan stendini ziyarət etdi - FOTO

​BAKI, 8 may. TELEQRAF

Türkiyədə ilk dəfə olaraq Ankarada ATO Congresium Sərgi Mərkəzində keçirilən Beynəlxalq İslam Sənəti Sərgisidavam edir.

Teleqraf xəbər verir ki, Beynəlxalq İslam Sənəti Sərgisində Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan stendini təşkil edib.

Sərgidə Azərbaycan Xalça Muzeyinin eksperti Elnarə Rəsulova, rəssam-dizayner Pərvanə Əliyeva, xalçaçılıq üzrə mütəxəssis Ruhiyyə Süleymanova və ağac üzərində oyma mütəxəssisi Şahin Rəsulovun əl işləri, xalçalar, milli geyimdə kuklalar, suvenirlər və milli mədəniyyətimizə məxsus ağac oyma üsulu ilə hazırlanmış əsərlər nümayiş etdirilir.

Azərbaycan stendini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan ziyarət edib. Ali qonağa Azərbaycanın milli mədəniyyətinin rəmiznə çevrilmiş, müxtəif bölgələrimizə aid xalçalarımız, müxtəlif əl işləri, ağacoyma sənəti ilə hazırlanmasış eksponatlar nümayiş etdirilib və Azərbaycan stendi maraqla qarşılanıb.

Qeyd edək ki, sərgiyə maraq böyükdür və sərgi çərçivəsində ziyarətçilərə keçmiş ilə gələcəyi birləşdirən unikal mədəniyyətə səyahət təqdim edilir və sərhidə 200-dən çox yerli və beynəlxalq rəssam, alimlər və incəsənət qurumları iştirak edir. Tədbirdə dekorativ tətbiqi və təsviri sənət nümunələrinin nümayişi, rəqəmsal instalyasiyalar, praktik seminarlar, konfranslar, panel müzakirələri, ustad dərsləri və konsert proqramları da nəzərdə tutulub.

Seçilən
0
teleqraf.com

1Mənbələr