Husilər İsraili atəşə tutmağa davam edərsə, sonuncu onlara ciddi zərbələr endirəcək.
İnterpress.az xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin rəhbəri İsrael Katz bildirib. O əlavə edib ki, İsrail ordusu istənilən ssenariyə hazırdır.
Nazir həmçinin İrana xəbərdarlıq edib:
“İran rəhbərliyinə xəbərdarlıq edirəm ki, husiləri maliyyələşdirir, silahlandırır və nəzarət edir: vəkil nəzarət sistemi bitdi və şər oxu çökdü.
Siz birbaşa məsuliyyət daşıyırsınız. Beyrutda Hizbullaha, Qəzzada HƏMAS-a, Dəməşqdə Əsədə və Yəməndə Husilərə nə etdiksə, Tehranda da sizə edəcəyik”.
Eyni zamanda, İsrail televiziyasının 12-ci kanalı İsrail mənbələrinə istinadən yazır ki, husilər Trampın sonuncu ilə atəşi dayandırmaq qərarının “onlara İsrailə hücumu davam etdirmək üçün legitimlik verdiyinə” inanırlar.
Xuraman Etibarlı
İnterpress.az