Demokrat.az xəbər verir ki, ölkə Prezidentinin tapşırığı əsasında Şuşada genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, şəhər müasir infrastrukturla təmin olunur. Artıq Şuşada 376 ailə 1409 nəfər daimi məskunlaşıb və qayıdış prosesi mərhələli şəkildə davam edir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində hazırlanmış və Şuşa şəhərinin gündüz və gecə görüntülərini əks etdirən videoçarx ictimaiyyətə təqdim edir.