AZ

Elşən Abbasov: Prokurorluq orqanları peşə fəaliyyətini yüksək səviyyədə yerinə yetirir

BAKI, 8 may. TELEQRAF

"Yeni istifadə verilən binalar, prokurluq orqanların infstrukturun yaxşılaşdırılması onların peşə fəaliyyətini də yüksəldir. Ona görə yeni korpusda müasir şəraitin Bakı şəhər prokurorluğunun fəaliyyətinin daha da səmərəli və məhsuldar olmasına töhfə verəcəyinə inanıram".

Teleqraf xəbər verir ki, bunu Bakı şəhər prokuroru Elşən Abbasov Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir və Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində deyib.

Elşən Abbasovun sözlərinə görə, prokurorluq orqanlarında vətəndaş məmnunluğu üstün tutulur.

Bakı şəhər prokuroru deyib ki, cinayətkarlara qarşı mübarizədə prokurorluq orqanları öz peşə fəaliyyətini yüksək səviyyədə yerinə yetirir.

Seçilən
0
5
teleqraf.com

9Mənbələr