“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsin layihələrin tətbiqlərinin ətraflı performans monitorinqi üçün “Tətbiqlərin Performans Monitorinqi (APM – Application Performance Monitoring)” sisteminin alınması ilə əlaqədar elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Qeyd olunub ki, dəyəri 529 584 AZN olan atınalmanın maliyyələşdirilməsi dayandırılıb.